LAVROV VƏ ÇAVUŞOĞLU ARASINDA DANIŞIQLAR YENİ DEHLİDƏ BAŞLADI

LAVROV VƏ ÇAVUŞOĞLU ARASINDA DANIŞIQLAR YENİ DEHLİDƏ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Hindistanda, Yeni Dehlidə G20 çərçivəsində danışıqlara başlayıb.

Tribuna.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri artıq hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə Heydərabad sarayında səhər yeməyi formatında görüşüb.

Lavrov həmçinin Çin, Braziliya və digər ölkələrdən olan tərəfdaşlarla görüşəcək.

Qeyd edək ki, Lavrov İyirmilik Qrupunun xarici işlər nazirlərinin martın 1-2-də keçiriləcək iclasında iştirak etmək üçün fevralın 28-i axşam Nyu-Dehliyə gəlib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, departament rəhbəri Sergey Lavrov G20 sammitində Nyu-Dehliyə səfəri zamanı dünya siyasətində və iqtisadiyyatında mövcud kəskin problemlərin səbəblərini və təhrikçilərini qəti və açıq şəkildə bəyan edəcək.

Qeyd olunub ki, qərb dövlətlərinin öz dominantlığını itirdiklərinə görə “intiqam almaq” cəhdləri xüsusi vurğulanacaq.

Tribuna.az