LAVROV: “HEÇ KİM TRANSQAFQAZDA NİZAMLANMAYA MÜDAXİLƏ ETMƏYƏCƏK”

LAVROV: “HEÇ KİM TRANSQAFQAZDA NİZAMLANMAYA MÜDAXİLƏ ETMƏYƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Lavrovun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sazişlər işin davam etdirilməsi üçün əsas olaraq qalır.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Rusiya qeyri-regional oyunçuların Transqafqazda nizamlanmaya müdaxilə etməyəcəyini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.

“Ümid edirik ki, regiondankənar həmkarlarımızdan bəziləri bu proseslərə müdaxilə etməyəcək və tərəfləri üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında əldə olunmuş razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə yönəldəcəklər”, – deyə o bildirib.

Sergey Lavrov vurğulayıb ki, bu razılaşmalar “işin davam etdirilməsi üçün əsas baza olaraq qalır”.
Lavrovun sözlərinə görə, Rusiya regionda yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşməsinin tərəfdarıdır.

“Biz Ermənistanla Türkiyə arasında bizim dəstəyimizlə başlanmış münasibətlərin normallaşması prosesini alqışlayırıq, nəqliyyat əlaqələrinin, regionda kommunikasiyaların və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulmasının qarşısının alınması səylərini alqışlayırıq” Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.