Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır

Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Türkiyə birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıb.

Tribuna.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.

O qeyd edib ki, əvvəllər gömrükdə satışlar texniki olaraq üçüncü ölkələr üçün rəsmiləşdirilirdi, fiziki olaraq isə Ermənistan və Türkiyə arasında mallar başqa yollarla — əsasən Gürcüstan vasitəsilə daşınmağa davam edir.

“Sərhəd məsələsinə gəldikdə, əvvəllər dəfələrlə bildirdiyim kimi, proses o qədər yetişib ki, biz istənilən vaxt sərhədin açılmasına və diplomatik əlaqələrin qurulmasına keçə bilərik”, – Mirzoyan vurğulayıb.