KRAN SUYUNA DİQQƏT – BU VİRUS ÖLDÜRÜR

KRAN SUYUNA DİQQƏT – BU VİRUS ÖLDÜRÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında bir nəfər beyin yeyən amöb-ə yoluxduqdan sonra ölüb.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, ABŞ-da beyin yeyən amöb səbəbiylə daha bir nəfər ölüb.

Floridanın cənub-qərbindəki “Charlotte County” səhiyyə mütəxəssisləri, qurbanın burun sinuslarını kran suyu ilə yuduqdan sonra yoluxduğunu açıqladı.

Bir çox dövlət qurumlarının rəsmilərinin “bu infeksiyanın necə baş verdiyini araşdırmaqda davam etdiyi” söylənib.

Daha çox göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli Naegleria fovleri yalnız burun yolu ilə ötürülür və insandan insana keçmir.

Qoxu kanalına daxil olan amöblər burunun selikli qişasından keçərək, qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşirlər. Birincili amöb meningoensefalit (PAM) adlanan qəfil ölümcül xəstəlik olan meningitə səbəb olurlar.