“Kontakt Home” satdığı məhsulun Əlavə Dəyər Vergisini qaytarmamaq üçün yeni fırıldağa əl atır. Bununla “Kontakt Home” vergidən yayınır.
Tribuna.az-ın məlumatına görə, şikayətçi Samir Xəlil bildirib ki, alqı-satqıdan sonra verilən qəbzlərdə bilərəkdən tarixlər yanlış göstərilir ki, ƏDV-dən yayınsınlar:
“ “Kontakt Home” 2x ƏDV qaytarmamaq üçün kassa aparatı ilə posterminal aparatının çap etdiyi qəbzlər arasındakı vaxt fərqini qəsdən 1 saat ara ilə qoyur ki, 2x ƏDV-dən yayınsınır. Artıq ikinci dəfədir ki eyni şeyi edirlər”.










