UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
TİA.AZ xəbər verir ki, bütün görüşlər eyni gündə keçirilib.
Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
PSV (Niderland) – “Lester” (İngiltərə) 1:2
İlk oyun – 0:0
Qollar: Zaxavi, 27. – Meddison, 77. Rikardu Pereyra 88.
“Slaviya” (Praqa, Çexiya) – “Feyenoord” (Niderland) 1:3
İlk oyun – 3:3
Qollar: İbrahim Traore, 14 – Dessers, 2, 59. Sinisterra, 78.
PAOK (Yunanıstan) – “Marsel” (Fransa) 0:1
İlk oyun – 1:2
Qollar: Dmitri Payet, 34.
“Roma” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 4:0
İlk oyun – 1:2.
Qollar: Temmi Abraham, 5. Nikolo Zanilo, 23, 29, 49.
Qeyd edək ki, yarımfinalda “Lester” “Roma” ilə, “Feyenord” isə “Marsel” ilə qarşılaşacaq.









