Konfrans Liqası: 1/4 finalın püşkü atıldı

Konfrans Liqası: 1/4 finalın püşkü atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.
 Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub.
Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən kollektiv bir-birilə rəqib ola biləcək.
UEFA Konfrans Liqası
1/4 final
“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” – “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.