KİYEVDƏ NAZİRİN DƏ ÖLDÜYÜ HELİKOPTER DƏHŞƏTİ: QƏZA, YOXSA TERROR? – RƏY

KİYEVDƏ NAZİRİN DƏ ÖLDÜYÜ HELİKOPTER DƏHŞƏTİ: QƏZA, YOXSA TERROR? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın başda daxili işlər naziri Denis Monastırskiy olmaqla Nazirliyin yüksək vəzifəli məmurları Kiyevdə helikopter qəzasında həlak olublar. İlkin təxminlərə görə, 16 nəfər həlak olub. Araşdırmalar başlayıb. Tribuna.az bildirir ki, ekspert Elxan Şahinoğlu bu haqda yazıb. Onun sözlərinə görə, helikopterin elektrik idarə sisteminin kənardan pozulması və ya vurulmasıyla bağlı şübhələr var: “Prezident Volodimir Zelenski Denis Monastırskini Arsen Avakovun yerinə daxili işlər naziri vəzifəsinə təyin etmiş və onun işindən razı idi. Müharibə aparan dövlətin Daxili İşlər Nazirliyinin rəhbər heyətinin eyni helikopterə minməsi də suallar yaradır”.

Tribuna.az