Kərim Benzema “Nou Kamp”da het-trik etməklə tarixə düşüb

Kərim Benzema “Nou Kamp”da het-trik etməklə tarixə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzema “Barselona”ya qarşı “Nou Kamp” stadionunda het-trikə imza atan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.

Fransalı forvard İspaniya Kubokunun yarımfinal mərhələsində 4:0 hesabı ilə qalib gələrək finala adladıqları cavab qarşılaşmasında buna nail olub.

“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu 1961-ci ildə Luis Araqones olub. Benzema “Real Madrid”in heyətində bunu bacaran ikinci oyunçudur. Ona qədər sonuncu dəfə 1963-cü ildə Ferens Puşkaş əzəli rəqibi səfərdə 3 dəfə mərkəzə dəvət edib.

“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib.

Futbolçu Ölkəsi Qollar Tarix Oyun Turnir
1 Luis Araqones İspaniya 3 30/04/1961 “Ovyedo – 5:3 ÖÇ
2 Ferens Puşkaş İspaniya 3 27/01/1963 “Real Madrid” – 5:1 ÖÇ
3 Toni Kurbos Almaniya 3 03/10/1984 “Metz” – 4:1 KK
4 Manuel Penya İspaniya 3 20/12/1987 “Valyadolid” – 4:2 ÖÇ
5 Baltazar Braziliya 3 29/03/1989 “Atletiko” – 3:3 ÖK
6 Fransisko İquera İspaniya 3 30/08/1994 “Saraqosa” – 5:4 SK
7 Milinko Pantiç Yuqoslaviya 4 12/03/1997 “Atletiko” – 4:5 ÖK
8 Andrey Şevçenko Ukrayna 3 05/11/1997 “Dinamo” Kiyev – 4:0 ÇL
9 Dieqo Forlan Uruqvay 3 22/05/2005 “Vilyarreal” – 3:3 ÖÇ
10 Kilian Mbappe Fransa 3 16/02/2021 PSJ – 4:1 ÇL
11 Kərim Benzema Fransa 3 05/04/2023 “Real Madrid” – 4:0 ÖK

Qeyd: ÖÇ – ölkə çempionatı, KK – Kuboklar Kuboku, ÖK – ölkə kuboku, SK – Superkubok, ÇL – Çempionlar Liqası