Kəlbəcərdə 4 nəfər minaya düşüb

Kəlbəcərdə 4 nəfər minaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Tribuna.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, – DİN-in məlumatında bildirilib.