“Azərbaycanla sülhdən sonra İran-Ermənistan əlaqələri yaxşılaşıb”.
Tribuna.az bildirir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
O qeyd edib ki, İran Zəngəzurun Ermənistanın ərazi bütövlüyü çərçivəsində qalmasını dəstəkləyib. “Bakı və İrəvan arasında münasibətlərin yaxşılaşması Ermənistanın bölgədəki təcridinin azalmasına və qonşu ölkələrlə, xüsusilə İranla əlaqələrini genişləndirməsinə şərait yaradıb”.
Fərda Uğur









