İranın keçmiş iqtisadiyyat naziri Ehsan Xandozi Tehran hökumətinə xəbərdarlıq edib.
Tribuna.az xəbər verir ki, o, İranda iğtişaşların olacağını bildirib.
Xandozi bildirib ki, 12 günlük müharibə və yanvar ayında baş verən iğtişaşlar göstərdi ki, səhv qərarlar ölkəni böhrana doğru aparır.
“İndi yeni tərəfdaşlarla əsaslı dəyişikliklər etmək üçün 100-120 günümüz var. Əks təqdirdə, səmərəsizlik və korrupsiya ictimai narazılığa və küçə etirazlarına səbəb olacaq və üçüncü müharibəyə yol açacaq”.
Fərda Uğur








