Keçmiş Kreml mühafizəçisi müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin COVID-19-a yoluxmaqdan qorxur, vaxtının çox hissəsini şəxsi “bunkerlərində” keçirir, mobil telefon və ya internet kimi texnologiyalardan istifadə etmir.
Tribuna.az Newsweek-ə istinadən xəbər verir ki, keçmiş mühafizəçi Putini “müharibə cinayətkarı” adlandırıb və Kreml zabit yoldaşlarını Ukraynadakı müharibəyə etiraz olaraq əmrləri yerinə yetirməyi dayandırmağa çağırıb.
Rusiya prezidenti Vladimir Putinin yanında işləyən keçmiş Kreml mühafizəçisi Qleb Karakulov Ukraynadakı müharibəyə etiraz etdiyi üçün ötən il Rusiyadan İstanbula qaçana qədər Federal Mühafizə Xidmətində kapitan vəzifəsində çalışıb.
Karakulov “Dossier Center” araşdırma saytına deyib ki, o, Putinlə birbaşa əlaqənin şifrələnməsinə cavabdeh olub və FSO-da işlədiyi 13 il ərzində Rusiya liderini 180-dən çox səfərdə müşayiət edib.
Dosye Mərkəzi Karakulovun müxtəlif sənədlərinin həqiqiliyini yoxladığını və onu “Rusiyanın ən yaxın tarixində Qərbə tərəf keçmiş ən yüksək rütbəli kəşfiyyatçı” adlandırdığını bildirib.










