Kartla alış-veriş edənlərə şad xəbər – ƏDV-dən gələn pul artır

Kartla alış-veriş edənlərə şad xəbər – ƏDV-dən gələn pul artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-nin geri qaytarılması nəzərdə tutulur.
TİA.AZ  xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 10%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.