“KAPİTAL BANK”DAN ŞİKAYƏTLƏR SƏNGİMİR – FOTO

“KAPİTAL BANK”DAN ŞİKAYƏTLƏR SƏNGİMİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştərisi “Kapital Bank”dan  narazıdır. Tribuna.az bildirir ki, Samir adlı vətəndaş sosial media hesabında narazılıq edib. Onun sözlərinə görə, bank ƏDV pulunun da dalına keçir:” Yanvar ayının 10 ƏDV dən 7.26 AZN işıq pulu ödənilmə zamanı error oldu saytda pul getdi. Balansdan çıxıldı, amma işıq pulundan çıxılmadı. Söhbət sosiskada deyil, amma pulumu verin!
Şikayət eliyəcəm”.
Kəmalə Orucayeva isə həm bankdan, həm Ailə TV şirkətindən şikayətçidir. Sitat: ” Deməli 11.01.23 internet ödənilib birbankdan. Kapital bank deyir əməliyyat uğurla keçib. Ailənet deyir pul gəlməyib. İki gündü bu iki qurum arasında avara qalmışıq. Ailənet bizdən pulun hansı hesaba köçdüyü haqqında kapital bankdan məlumat istəyir. Kapital bank deyir elə məlumat verə bilmirik. İndi biz nə etməliyik. Əgər pul bizim kartdan çıxıbsa, hara gedib bilmək bizim, haqqımız deyilmi?”

Tribuna.az