Almaniyanın müdafiə naziri Kristin Lambrext tutduğu vəzifədən azad edilməsini istəyib.
Tribuna.az-ın məlumatına görə, o xahişini kansler Olaf Şoltsa çatdırıb. DPA agentliyi Müdafiə Nazirliyinin rəhbərinin şəxsi bəyanatına istinadən məlumat yayıb ki, o, xahişi ilə bağlı qərar verilməsini gözləyir.
Lambrexti medianın onun şəxsiyyətinə diqqət yetirməsi narahat edib. Qeyd edib ki, son aylar onun əməllərinin müzakirəsi Bundesverin ehtiyacları və ordunun vətəndaşların maraqları naminə inkişafı ilə bağlı müzakirələrə kölgə salıb. Məhz buna görə o vəzifədən getmək istədiyini açıqlayıb:
“Bütün bunlara görə vəzifəmi tərk etmək qərarına gəldim”.









