Kabo-Verde dünya çempionatında tarix yazdı

Kabo-Verde dünya çempionatında tarix yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatının H qrupunun III turunda Kabo-Verde ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.

Tribuna.az xəbər verir ki, Hyustonda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bu nəticə sayəsində Kabo-Verde ardıcıl üçüncü oyununda da məğlub olmayaraq 3 xalla qrupu ikinci pillədə tamamlayıb və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla H qrupunu sonuncu sırada başa vuraraq mundialla vidalaşıb.