Bakıdan Naxçıvana gedən jurnalistlər Ali Məclisin keçmiş sədri Vasif Talıbovun sarayına yollanıblar. Tribuna.az xəbər verir ki, son hadisələrlə əlaqədar reportaj hazırlamaq və Vasif Talıbovdan müsahibə götürmək istəyən jurnalistlər aqressiya ilə üzləşiblər. Bu haqda jurnalist Aygün Muradxanlı yazıb. V. Talıbovun qoçuları onları qarşılayıb və ərazidən uzaqlaşdırmağa çalışıblar. Muxtar respublikaya jurnalistlər – Aygün Muradxanlı, Heydər Oğuz və Tural Səfərov gediblər.
Tribuna.az










