Jerar Pike üçün pis xəbər: 250 məzarlıq….

Jerar Pike üçün pis xəbər: 250 məzarlıq….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselonanın kapitanlarından olan Jerar Pikenin aldığı otelin bağçasında ötən əsrlərə aid olduğu düşünülən 250 məzar tapılıb.

TİA.Az İspaniyanın Marca qəzetinə istinadən xəbər verir ki, ulduz futbolçunun 2015-ci ildə Malaqanın Kosta del Sol bölgəsində aldığı otelin altında 250 məzar tapılıb. Pike bu investisiya üçün 20 milyon dollar xərcləmişdi.

Bu sahədə çalışan arxeoloq Alberto Kumpian açıqlamasında otelin altında məzarların olduğunu bildirib: “250 boş məzar qazdıq. Çoxu boş idi. Yəqin ki, qəbirlərdən heç vaxt istifadə olunmayıb “.

Nihat Kərimli
TİA.Az