İtkin düşən uşaq 3 gün sonra torpağın altından canlı tapıldı – Video

İtkin düşən uşaq 3 gün sonra torpağın altından canlı tapıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay rayonunun Reyhanlı bölgəsində 3 gündür davam edən itkin uşaq axtarışları möcüzəvi şəkildə nəticələnib. Reyhanlıda itkin düşən suriyalı uşağın meyitinin tapılacağı gözlənilsə də, o torpağın altından canlı halda çıxarılıb.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, axtarış qrupları tərəfindən tapılan uşağın bədənində ağır zorakılıq və döyülmə izləri aşkarlanıb. İlkin ehtimala görə, onun diri-diri torpağa basdırılması cəhdi olub. Hüquq-mühafizə orqanları iddiaları araşdırır.
Uşağın vəziyyətinin kritik olduğu deyilir. Təcili xəstəxanaya çatdırılan uşaq hazırda reanimasiya şöbəsində müalicə olunur. Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər.
Türkiyə polisi bu insanlıqdan kənar əməlin həyata keçirilməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi və saxlanılması üçün əməliyyatları sürətləndirib.
Türkiyə mediası suriyali gəncin tapılması kadrlarını da yayımlayıb.
Görüntüləri təqdim edirik:

Gülşən Rəsul