İstanbuldakı terroru törədən qadın danışdı: 40 dəqiqə…

İstanbuldakı terroru törədən qadın danışdı: 40 dəqiqə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksim meydanında terror törədən qadın bəzi etiraflar edib.

TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Taksimdə təşkil etdiyi bombalı hücumda 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olan suriyalı terrorçu Ahlam Albəşirin ilk açıqlaması ortaya çıxıb. 

Terrorçu Albəşir 40 dəqiqə “Hacı” kod adlı terrorçudan təlimat gözlədiyini etiraf edib.

Saat 15.17-də Taksim meydanında gəzərək İstiqlal küçəsinə daxil olan terrorçu Ahlam Albəşir saat 15.30-da partlayışın baş verdiyi sahildə oturub. O, skamyada 40 dəqiqə təlimatın gəlməsini gözlədiyini etiraf edib.

Qeyd edək ki, İstanbul şəhərinin Taksim meydanında terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.