İstanbulda terror törədən qadının evindən görün nələr çıxdı – FOTO/VİDEO

İstanbulda terror törədən qadının evindən görün nələr çıxdı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən suriyalı Əhləm əl-Bəşirin qaldığı evdə axtarış aparılıb.
PKK üzvü olan əl-Bəşirin evində aparılan axtarış zamanı 3 min 800 ABŞ dolları, 5 min avro, 10 min lirə və xeyli sayda qızıl-zinət əşyaları aşkar olunub.

İstintaq zamanı həm də məlum olub ki, Əhləm əl-Bəşir İstanbula bir nəfərlə gəlib. Həmin şəxs suriyalı qadına 1 kiloqram partlayıcı verərək İstiqlal küçəsinə göndərib.

Onun Türkiyənin hər yerində axtarışları davam edir.
Qeyd edək ki, İstanbuldakı terror aktı 6 nəfərin ölümü, 81 nəfərin isə yaralanmasına səbəb olub.