Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
TİA.AZ xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
“Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik”, – o tivter hesabında yazıb.
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
TİA.AZ xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
“İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”, – o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.









