İsraildə ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri (ultraortodoks) əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim quracaq. Üçüncü yol görünmür.
Tribuna.az-ın məlumatına görə, İsraildəki hadisələri şərh edən politoloq Şahin Cəfərlinin fikrincə, bu 2 tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir:
Onun sözlərinə görə, ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün həyati təhdiddir:
“Hazırkı böhran yoluna qoyulsa belə, “kim kimi” sualı gec-tez mütləq öz həllini tapmalıdır.
Yəni vətəndaş müharibəsi tam real perspektivdir”.









