İşə tez getdiyinə görə QOVULDU

İşə tez getdiyinə görə QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş dünyasında ‘işə gecikmək” çox vaxt intizam tədbirləri ilə nəticələnir. Bununla belə, İspaniyada bir işdə, çox erkən gəlməyin əmək müqaviləsinin ləğvinə də səbəb ola biləcəyi qərara alınıb.

Tribuna.az-ın xəbərinə görə, Oddity Central-a görə, gənc qadın işçi hər gün səhər saat 6:45-7:00 arasında işdə gəlirdi. Buna baxmayaraq ki, onun müqaviləsi səhər saat 7:30-un başlama vaxtını nəzərdə tuturdu. Bu, onun digər işçilərdən daha tez işə başlamasına səbəb olub, iş axınını pozub.

Gənc qadın ilk xəbərdarlığını 2023-cü ildə alıb, lakin xəbərdarlıqlara baxmayaraq vərdişinə davam edib. Bu il şirkət rəhbərliyi onun davranışının “ciddi pozuntu” olduğunu bildirərək, onun əmək müqaviləsinə xitam verib. Qadın qərarın ədalətsiz olduğunu bildirərək, məhkəməyə müraciət edib, lakin “Alikante Sosial” Məhkəməsi işəgötürənin hərəkətini qanuni hesab edib.

Dəniz Pənahova