İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

TİA.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ardıcıl olaraq 4 gün – 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, Azərbaycanda 8 noyabr Zəfər Günü, 9 noyabr isə Bayraq Günü kimi qeyd olunur.