İrəvan-Tehran-İrəvan birbaşa aviareysi açıldı

İrəvan-Tehran-İrəvan birbaşa aviareysi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fly Kish Airlines” şirkəti İran və Ermənistan arasında birbaşa uçuşlara başlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə İrəvandakı Zvartnots Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İrəvan-Tehran-İrəvan marşrutu üzrə uçuşlar bu gün, 19 dekabrda başlayıb.

Uçuşlar həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.