Azərbaycana düşmən kəsilmiş paniranist analitik Salar Seyfəddini özünün Tvitter səhifəsində İranın Azərbaycandakı səfiri Abbas Musəvinin onun passiv fəaliyyətini tənqid edən paniranistlərə və radikal dairələrə cavab olaraq ötən gün sosial media hesabında paylaşdığı postlara reaksiya verib:
Tribuna.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
– “Siz hesab soruşmaq iqtidarında deyilsiniz, əksinə hesab verməlisiniz. Bunun hesabını ki, necə oldu ki, qarşınıza məqsəd qoymağınıza baxmayaraq, Bakının İsrailə yaxınlaşmasının qarşısını ala bilmədiniz? Axı siz İranın bütün milli maraqlarını bu siyasətə qurban verdiniz. Sizin missiyanız uğursuzluğa düçar oldu, çünki siz dünyanın bütün terminlərinə sahib idiniz və onları dilə gətirmədiniz və bir işə yaramadı”, – deyə paylaşımda qeyd edib.
شما در جایگاهی نیستید حسابرسی کنید،بلکه باید حساب پس بدید.حساب اینکه چرا علیرغم هدفگذاری خودتان نتوانستید از نزدیک شدن باکو به اسرائیل جلوگیری کنید؟شمایی که همه منافع ملی را فدای این سیاست کردید.
ماموریت شما شکست خورد چون،همه الفاظ جهان را در اختیار داشتید و آن نگفتید که بکار آید https://t.co/sqSOYqqtw7— Salar Seyf (@salar_seyf) April 6, 2023









