İranlı ekspert: İranın Qafqazla min illik sərhədi “Bakı Respublikasına” verilib, nəticədə Sünik Ermənistandan ayrılıb”

İranlı ekspert: İranın Qafqazla min illik sərhədi “Bakı Respublikasına” verilib, nəticədə Sünik Ermənistandan ayrılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əleyhinə düşmən mövqeyi ilə tanınan Salar Seyfəddini özünün Tvitter hesabında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb:

Tribuna.az xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

“Bu xəritə 2006-cı ildə BP tərəfindən çəkilmiş BTC neft kəmərinin istismara verilməsi mərasimindəndir. Göründüyü kimi, fotoda İranın Qafqazla min illik sərhədi “Bakı Respublikasına” verilib, nəticədə Sünik (Zəngəzur) Ermənistandan ayrılıb.

BP şirkəti İran-İngiltərə neft şirkətinin davamıdır, hansı ki ölkədə neftin milliləşdirilməsi hərəkatında uzaqlaşdırılıb”.