İranı idarə etmək üçün Trampın namizədi kim olacaq?

İranı idarə etmək üçün Trampın namizədi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp İranda idarəçilik məsələsi barədə danışıb.

Tribuna.az xəbər verir ki, o, İranı idarə etmək üçün üç namizədinin olduğunu bildirib.

“Mənim İranı idarə etmək üçün üç çox yaxşı seçimim var. İndi onların adlarını açıqlamayacağam” deyə, Tramp vurğulayıb.

Bəs, ABŞ prezidentinin namizədləri kimlər ola bilər? Aydın məsələdir ki, Tramp sərt xəttin nümayəndələrindən heç birini qəbul etmir. Əks təqdirdə, böyük xərclər hesabına İrana qarşı əməliyyata başlamazdı.

Qeyd edək ki, İranda idarəçiliyin təşkili işində ABŞ-ın üç namizədindən biri hazırkı prezidenti Məsud Pezeşkian ola bilər. Onun xalqın səsi ilə seçilməsi və legitim şəxs olması, üzərində dayanılması üçün uyğundur.

Bir digər namizəd isə hazırda həbsdə olan, 8-9 yanvar hadisələri zamanı “dövlət çevrilişinə cəhd” ittihamı ilə saxlanılmış İslahat Cəbhəsi hərəkatının rəhbəri Azər Mənsuri ola bilər. Xanım Mənsuri bundan əvvəl də İrandakı rejimə qarşı çıxdığına görə, həbsdə olub. O, ölkədə referendumun keçirilməsinin və xalqın hansı rejimdə yaşamaq istəməsinə özünün qərar verməsinin tərəfdarıdır. Hətta son hadisələr zamanı təkcə hökuməti deyil, rejimin də istefa verməsini tələb etmişdi.

Trampın namizədləri sırasında keşmiş şahın oğlu Rza Pəhləvinin olmadığını isə senator Qraham təsdiqləyib. O bildirib ki, Pəhləviyə güvənləri azdır.

O zaman üçüncü namizəd bir dəfə Qərblə ümumi dil taparaq, sanksiyaları yumaşltmağa nail olmuş keçmiş prezident Həsən Ruhani ola bilər. O, Pezeşkian və Mənsuri kimi islahatçı qanadın nümayəndələridir. Ölkədə ciddi islahatların aparılmasına tərəfdardır. Həmçinin Qərblə sərt bir şəkildə davranmağı da qəbul etmir.

Bu yaxınlarda Ruhani mühafizəkar qanad tərəfindən “İsrailin adamı” ittihamı ilə üzləşmişdi. Bundan başqa, son aksiyalar zamanı saxlanılaraq, istintaqda dinidirldiyi də vurğulanırdı. Səbəb kimi, onun da rejimin getməsini istəməsi göstərilirdi.

Təbii ki, Trampın başqa namizədləri də ola bilər. Hətta burada adları yazılan şəxslərin olmaması ehtimalı da az deyil. Lakin bilinən odur ki, ABŞ prezidenti mühafizəkar qanadın İranda hakimiyyətdə qalması ilə razılaşmayacaq.

Fərda Uğur