İRANDAN RİYAKARLIQ: ƏRƏBİSTANIN EDAM ETDİYİ ŞİƏ ALİMİN LÖVHƏSİ YIĞIŞDIRILIR… – FOTO

İRANDAN RİYAKARLIQ: ƏRƏBİSTANIN EDAM ETDİYİ ŞİƏ ALİMİN LÖVHƏSİ YIĞIŞDIRILIR… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə masaya oturaraq münasibətlərin bərpasına qərar veriblər. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında şiə din adamı Şeyx Nimr Baqir əl-Nimrin edamından sonra İslam dünyasının bu 2 böyük dövləti arasında gərginlik zirvəyə çıxmışdı. Hadisədən sonra İranda böyük etiraz aksiyaları keçirilmiş, Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu hücuma məruz qalmış, nəticədə iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. İranda ayətullah Nimrin xatirəsi əbədiləşdirilmiş və Məşhəddə adı bir küçəyə verilmişdi.

Tribuna.az yazır ki, bu barədə danışan politoloq Şahin Cəfərli qeyd edib ki, indi iki ölkə arasındakı yaxınlaşma prosesi ilə əlaqədar Məşhəddə mərhum Nimrin adı yazılmış lövhələrin küçədən yığışdırılmasına başlanılıb:

“Bu hekayə İran rejiminin gerçək mahiyyətini və hansı dəyərlərin daşıyıcısı olduğunu (yaxud olmadığını) anlamaq baxımından ibrətamizdir”.