İranda müəmmalı kadr dəyişikliyi

İranda müəmmalı kadr dəyişikliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Əlirza Səbahifərd vəzifəsindən azad edilib.

Tribuna.az xəbər verir ki, onun yerinə Əlirza Elhami təyin edilib.

Elhami 2019-cu ildən bəri Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini vəzifəsində çalışıb. Əvvəllər Hava Hücumundan Müdafiə Universitetinin rəhbəri və Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının əməliyyat komandanının müavini vəzifələrində işləyib.

Tehranda bu dəyişiklik müəmmalı adlandırılıb. Güman edilir ki, Səbahifərdin işdən çıxarılması 12 günlük müharibə zamanı rəhbəri olduğu qoşunun uğursuzluğu ilə bağlıdır.

Fərda Uğur