İranda ard-arda hücumlar: 3 gündə 5 polis öldürülüb

İranda ard-arda hücumlar: 3 gündə 5 polis öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son üç gündə yerli polis və Bəsic qüvvələrinə silahlı hücumların sayında ciddi artım müşahidə olunur.

Tribuna.az xəbər verir ki, həftənin əvvəlində bu hücumların sayı 2 idisə, son iki gündə üç belə hücum daha qeydə alınıb.

Belə ki, dünən Bəlucistanın İranşəhr şəhərində polisə iki silahlı hücum aktı qeydə alınıb. Hücumlar nəticəsində iki polis əməkdaşı öldürülüb.

Məlumatda bildirilir ki, Mehran Salarzadə yaşadığı evin önündə güllələnib. Meysəm Kərəmi isə xidmət zamanı öldürülüb.

Hadisənin məsuliyyətini hələlik heç bir təşkilat üzərinə götürməyib.

Fərda Uğur