İranda 12 min etirazçı öldürülüb? – ŞOK İDDİA

İranda 12 min etirazçı öldürülüb? – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Beynəlxalq Redaksiya Heyəti bu gün şok iddia ilə çıxış edib. Tribuna.az xəbər verir ki, təşkilat təkcə 8-9 yanvar tarixlərində 12 min etirazçının molla rejimi tərəfindən öldürüldüyünü bəyan edib.

Təşkilat bildirib ki, bu rəqəm İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbədən, prezident aparatındakı iki mənbədən, Məşhəd, Kirmanşah və İsfahan şəhərlərindəki SEPAH-dakı bir neçə mənbədən, şahidlərin və həlak olanların ailələrindən, səhra hesabatlarından, tibb mərkəzləri ilə bağlı məlumatlardan və müxtəlif şəhərlərdəki həkim və tibb bacıları tərəfindən verilən məlumatlara əsaslanıb.

Qeyd edilir ki, bu, qırğınlar coğrafi miqyası, şiddətin intensivliyi və qısa müddət ərzində baş verən ölümlərin sayı baxımından İran tarixində misli görünməmiş bir hadisədir. “Həmin etirazçılar SEPAH və Bəsic qüvvələri tərəfindən öldürülüb. Bu qırğınlar barədə əmri isə birbaşa İranın dini lideri Əli Xamineyi verib. Qurbanların çoxu 30 yaşdan kiçik gənclər idi”.

Fərda Uğur