İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian tezliklə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Abdollahian tvitində “Mən tezliklə Moskvada Rusiya xarici işlər naziri ilə görüşəcəyəm” deyərək bu barədə açıqlama verib.
O, həmçinin Avstriya, Avstraliya, Oman, Qətər, Küveyt, Türkiyə, BƏƏ, İsveçrə, Pakistan, Malayziya, Səudiyyə Ərəbistanı, Liviya və Suriyanın xarici işlər nazirləri ilə telefon danışıqlarına işarə edərək, administrasiyanın balanslaşdırılmış xarici siyasətinin və dinamikliyinin həyata keçirildiyini bildirib.









