Azərbaycan xarici işlər işlər naziri Ceyhun Bayramov və İran XİN başçısı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Tribuna.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın “İrna” informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı nazirlər baş verən hadisələrlə bağlı geniş müzakirələr aparıblar. Bakı və Tehran arasında ikitərəfli münasibətlər və bəzi regional məsələlərə toxunulub, mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib.









