ABŞ-ın İrandan əsas tələblərinin birinin uranın zənginləşdirilməsini dayandırması ilə bağlıdır.
Tribuna.az xəbər verir ki, Ağ Ev dəfələrlə bəyan edib ki, Tehrana atom silahı hazırlamağa imkan verməyəcək.
Amma Tehranda məsələyə yanaşma başqadır. Belə ki, İran parlamentinin keçmiş vitse-spikeri, saviq XİN başçısı Əli Mütəhhəri bildirib ki, uranın zənginləşdirilməsi məsələsi müzakirə obyekti olmamalıdır. “Biz uranın zənginləşdirilməsi məsələsini müzakirədən çıxarmalıyıq. Bu ümumiyyətlə, müzakirə mövzusu olmamalıdır. Hörmüz boğazı əlimizdən çıxmayacağı kimi, uranın zənginləşdirilməsi də çıxmayacaq”.
Fərda Uğur









