İran Rusiyaya silah satdığına görə cəzalandırılır

İran Rusiyaya silah satdığına görə cəzalandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa İttifaqı (Aİ) Rusiyaya silah satdığı iddiası ilə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb və bu məsələni üzv ölkələrlə razılaşdırmağa hazırlaşır.
Bakupost.az “Politico” qəzetinə istinadən xəbər verir ki, İranda beş fiziki və üç hüquqi şəxsə qarşı sanksiyalar tətbiq oluna bilər.
Diplomatlar bu gün və ya cümə günü keçiriləcək Aİ liderlərinin sammiti zamanı yeni sanksiyalar paketi üzərində razılığa gəlməyə ümid edirlər. Aİ-nin yüksək rütbəli nümayəndəsi deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha sürətli həyata keçirilə bilər. Lakin İranın artıq ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, bunun güclü təsir göstərməsi ehtimalı azdır.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Fransa və Böyük Britaniyanın İranın Rusiyanı silahla təchiz etməsi məsələsini BMT-nin Təhlükəsizlik Şurasının iclasında qaldırmaq istədikləri barədə xəbərlər yayılıb.