İRAN QAZSIZ QALDI… MƏKTƏBLƏR, UNİVERSİTETLƏR, İDARƏLƏR BAĞLANDI

İRAN QAZSIZ QALDI… MƏKTƏBLƏR, UNİVERSİTETLƏR, İDARƏLƏR BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda qaz çatışmazlığı səbəbindən yüzlərlə sənaye müəssisəsi, dövlət idarələri və universitetlərin fəaliyyəti dayandırılıb.

Tribuna.az xəbər verir ki, hava temperaturunun kəskin düşməsi müəyyən problemlər yaradıb. Qaz çatışmazlığı səbəbindən Həmədan əyalətində də məktəblər tətil edilib.

Həmədan əyalətinin Təhsil İdarələrinin yaydığı bildirişdə qeyd edilib ki, yanvarın 18-i bütün təhsil ocaqlarının fəaliyyətinin dayandırılıb. Həmçinin bir sıra dövlət idarələrinin də fəaliyyəti məhdudladırılıb.

Vacib sahələrin işçilərinin isə iş saatları azaldılıb.

Tribuna.az