“İran PUA-larında digər dövlətlərə aid komponentlər tapılıb” – Rəsmi Kiyev

“İran PUA-larında digər dövlətlərə aid komponentlər tapılıb” – Rəsmi Kiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi “Şahed-136” kamikadze dronlarını müstəqil şəkildə istehsal etməyib. Çünki İranın pilotsuz təyyarələrinin vurulmasından sonra Ukrayna tərəfi burada digər dövlətlərə aid komponentlər tapıb”.

TİA.AZ UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov “Svoboda Live” proqramında deyib.

Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib:

“Ukrayna tərəfi hazırda İranın həmin komponentləri necə əldə etdiyini və nə üçün sanksiyalar altında olan bir ölkənin 100 faiz hərbi-sənaye kompleksinə aid olan əşyaları almaq imkanına malik olduğunu araşdırır”.