İran İraqdakı əsas dəstəklədiyi “Həşdi Şəbi” silahlı təşkilatının üzvlərini öz ərazisinə gətirməyə başlayıb.
Tribuna.az xəbər verir ki, artıq ilk dəstələr Abadan şəhərinə yerləşdirilib.
Yerli sakinlərin məlumatına görə, şəhərə gətirilmiş “Həşdi Şəbi”nin üzvlərinin sayı 1000 nəfərdən çoxdur.
Qeyd edək ki, yerli ekspertlər İranın bu addımına iki aspektdən yanaşırlar. Birincisi, İranın quru döyüşlərinə hazırlıq görməsidir. Son günlər ABŞ və İsrail İrana quru qoşunları göndərmək niyyətlərinin olduğunu açıqlayıb. Güman edilir ki, bu səbəbdən də SEPAH dəstək üçün “Həşdi Şəbi”ni İraqdan İrana transfer edib.
İkincisi isə ölkədə etiraz aksiyalarının başlama ehtimalının getdikcə artmasıdır. Belə ki, yanvar aksiyalarından sonra gözü qorxan Tehran rejimi, analoji halın müharibənin gedişatı fonunda baş verməsini mümkün hesab edirlər.
Fərda Uğur









