Ermənistanda vaxtıyla Qarabağda “at oynadan” saxta “generallar”ın günü qara olacaq.
Tribuna.az xəbər verir ki, Ermənistan hüquq mühafizə orqanları artıq onlara qarşı əməliyyata başlayıb.
Məlumatda deyilir ki, “general”ların Qarabağdan qaçdıqdan sonra Ermənistanda biznesə girişməsi də müzakirə mövzusuna çevrilib. “İravunk” qəzeti isə bununla bağlı maraqlı bir məlumat paylaşıb: “Qarabağ erməniləri öz “general”larına o qədər inanır və başlarına and içir ki, izaholunmaz dərəcədə. Lakin onların mülklərinin coğrafiyasını görəndə şoka düşəcəklər”.
Fərda Uğur









