Türkiyənin Bursa şəhərində tarlada itkin düşən 2,5 yaşlı uşaq 2 saatlıq axtarışdan sonra sağ-salamat tapılıb.
Tribuna.az xəbər verir ki, hadisə Osmangazi rayonunun Dürdane məhəlləsində baş verib. Mövsümi işçi kimi bölgəyə gələn ailənin 2,5 yaşlı oğlu Emir G. tarlada olduğu zaman gözdən itib.
Ailənin məlumatı əsasında əraziyə jandarma, AFAD, UMKE, JAK, JASAT və digər axtarış-xilasetmə qrupları cəlb olunub.
Genişmiqyaslı axtarışlar nəticəsində Emir itkin düşdüyü yerdən təxminən 1 kilometr aralıda, 2 saat sonra tapılıb.
Övladına qovuşan ana sevincdən huşunu itirib. Ana və uşaq ilkin tibbi müdaxilədən sonra nəzarət məqsədilə xəstəxanaya aparılıb.
Gülşən Rəsul









