“Çinar Park”da yanğın məhdudlaşdırıldı

“Çinar Park”da yanğın məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Tribuna.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində “Çinar Park” yaşayış kompleksindəki yanğın məhdudlaşdırılıb.