“Kərki tarixən heç vaxt Azərbaycana məxsus kənd olmayıb”. Tribuna.az xəbər verir ki, bu iddia ilə “Yaşamaq üçün Ölkə” partiyasının həmtəsisçisi Mane Tandilyan çıxış edib.
O daha sonra deyib ki, guya, Kərki kəndi həmişə ermənilərin olub. “Hətta Kərkinin ermənilərə məxsus olması təkcə Ermənistan qanunvericiliyi ilə deyil, həm də çoxsaylı beynəlxalq sənədlərlə müəyyən edilir”.
P.S. Kərki kəndinin Ermənistanın ərazisi olmasına dair bircə dəlil belə yoxdur. İrəvan tərəfindən 1990-cı illərdə işğal edilməsi də tarixi faktlarlıa sübut olunur. Ruben Vardanyanın pulları ilə siyasətdə qalan Mane Tandelyan görəsən, Kərkinin Ermənistana “məxsus” olmasına dair bircə beynəlxalq sənəd göstərə bilərmi?
Fərda Uğur









