İranın hərbi qüvvələrinin əsasını təşkil edən SEPAH bəyanat yayıb.
Tribuna.az xəbər verir ki, hərbi rəhbərlik ABŞ və İsrailin yenidən hücum edəcəyi təqdirdə müharibənin “regiondan kənara çıxacağı” ilə hədələyib.
SEPAH əlavə edib ki, ABŞ və İsrail “böyük və təkrarlanan strateji uğursuzluqlardan” dərs çıxarmayıblar və “yenidən təhdidlərə əl atıblar”. “Dünyanın ən bahalı iki ordusunun bütün imkanları ilə bizə hücum etsələr də, biz İslam İnqilabının bütün imkanlarından onlara qarşı istifadə etmədik”.
Fərda Uğur








