İRAN ETİRAZÇILARI EDAM ETMƏYƏ DAVAM EDİR… DAHA 109 ETİRAZÇINI EDAM GÖZLƏYİR…

İRAN ETİRAZÇILARI EDAM ETMƏYƏ DAVAM EDİR… DAHA 109 ETİRAZÇINI EDAM GÖZLƏYİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Mahsa Əmini etirazları zamanı həbs edilən daha 3 nəfərə ölüm hökmü çıxarılıb.

Tribuna.az xəbər verir ki, Salih Mirhaşemi, Mecid Kazimi və Seyid Yakubi 3 mühafizəçinin qətlində əli olduğu iddiası ilə mühakimə olunurdular.
Fransa xəbər agentliyinin məlumatına görə, 4 aydır davam edən etirazlarda edama məhkum edilənlərin sayı 17-yə yüksəlib. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı qeyd edir ki, ən azı daha 109 etirazçı ölüm cəzası ilə üzləşə biləcək ittihamlarla mühakimə olunur.
Xatırladaq ki, İranda həftəsonu daha iki nəfər edam edilib.

Tribuna.az