İran Həmədan bölgəsində ilk dəfə olaraq litium ehtiyatının olduğunu açıqlayıb və onlar ehtiyatda 8,5 milyon ton litium olduğunu təxmin edirlər.
Tribuna.az GazeteDuvar-a istinadən xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyi ölkədə ilk dəfə olaraq litium ehtiyatlarının aşkar edildiyini açıqlayıb. “İranda ilk dəfə Həmədanda litium ehtiyatı aşkar edilib”, – nazirliyin rəsmisi Məhəmməd Hadi Əhmədi İran dövlət kanalına bildirib.
Əgər sözügedən ehtiyatda nazirliyin bildirdiyi qədər litium varsa, bu, ölkənin dünyada dördüncü ən böyük litium ehtiyatına sahib olması deməkdir.
İran hökuməti tərəfindən verilən açıqlamada bildirilib ki, “aşkar edilmiş litium ehtiyatı sayəsində Tehran mobil telefonlar, noutbuklar və buna bənzər elektrik maşınlarında istifadə edilən metalın istehsalı üzrə qlobal yarışda söz sahibi olacaq”.









