İlk görüşü məhv edən davranışlar – Əsla bunları etməyin

İlk görüşü məhv edən davranışlar – Əsla bunları etməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk görüş hər iki tərəf üçün çox həyəcanlıdır və münasibətin taleyini, sonrakı gedişatını təyin edir.

Bu səbəbdən ilk görüşdə danışıq və davranışlarınıza çox diqqətli olmalısınız.
Mütəxəssislər ilk görüşü məhv edən və əsla edilməməsi lazım olan davranışları araşdırıblar.
TİA.AZ bakupost.az-a istinadən həmin araşdırmanı təqdim edir:
Daima özünüzdən danışmayın
İlk görüşdə danışdığınız mövzular və ünsiyyətiniz qarşı tərəf üçün böyük əhəmiyyət kəsb edir. İlk görüşdə danışılanlar heç vaxt unudulmur. Davamlı olaraq özünüzdən, iş həyatınızdan, ətrafınızdan danışıb, qarşı tərəfə imkanı verməməklə hər şeyi məhv edə bilərsiniz. Unutmayın ki, kiminsə sizi dinləməsini istəyirsinizsə, ona da danışmağa imkan verməlisiniz.
Keçmiş münasibətlərdən danışmaq
İlk dəfə tanış olduğunuz biri ilə yeni münasibətin addımlarını atırsınız. Bunun üçün söhbət edərkən mövzuları diqqətlə seçməli və onu tanımağa çalışmalısınız. Ancaq ilk görüşdə köhnə münasibətlərdən danışmaqla hər şeyi başlamadan bitirə bilərsiniz. Eks-lə yaşadığınız mənfi şeylərdən danışmaq, söz-söhbətləri açmaq da qarşı tərəfin sizə olan etibarını qırır. Ona bu mövzuları dinləmək bezdirici ola bilər. Buna görə də bu səhvə yol verməyin.
Telefonla oynamaq
İlk görüşdə hər iki şəxs bir-birini yaxından tanımaq, söhbət etmək istəyər. Bəzi insanlar isə ya işlərinin çoxluğundan, ya da vərdiş olduğu üçün daima telefona baxar. Unutmayın ki, heç kim daim fikri telefonda olan biri ilə birlikdə olmaq istəməz. Telefonla məşğul olmaq qarşı tərəfin özünü əhəmiyyətsiz hiss etməsinə səbəb olar. Bu səbəblə ilk görüşdə daha az telefondan istifadə edin.
Sosial münasibətlər
İlk görüşünüzü gözəl bir restoranda yemək yeməklə keçirə bilərsiniz. Ancaq restoran və ya kafedə işçilərə qarşı kobud davransanız, bu, hər şeyə son qoyar. Sosial əlaqələr insanlar üçün çox vaxt vacibdir. Aqressiv və dözümsüz davranış sizdə pis təəssürat yaradar. Bu səbəbdən mümkün qədər mehriban, nəzakətli və hörmətli davranmalısınız.