Ermənistanda hökumət və kilsə arasında mübahisələr artıq şiddətli şəkil almağa başlayıb.
Tribuna.az xəbər verir ki, Paşinyan və komandası israrlı şəkildə II Qaragenin postundan getməsini tələb edir.
Artıq bu ölkədə erməni kilsəsi iki yerə bölünüb. Hakimiyyətin mövqeyini müdafiə edənlərlə baş nazir Nikol Paşinyan arasında ötən həftə görüş keçirilib. Eçmiəzdindəki keşişlər isə vəziyyəti xeyirlərinə dəyişmək üçün cəmiyyəti öz tərəfinə çəkməyə çalışır. Lakin bunun faydalı olacağına da ciddi ümid etmirlər. Elə bu səbəbdən də Eçmiəzdin katalikosluğu dekabrın 10-12-də Ali Şuranın toplantısını çağırıb.
Məlumatda deyilir ki, yepsikopların iştirakı ilə keçiriləcək tədbirdə bəzi qərarların veriləcəyi, hətta baş katalikos II Qaragenin istefa verəcəyi də gözlənilir.
Fərda Uğur









